ABB-nin Xankəndi filialı fəaliyyətə başladı

®Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk bank filialının açılışı olub. ABB-nin yeni yaradılmış Xankəndi filialı müştərilərinə xidmət göstərməyə başlayıb. Bankın yeni inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları ilə təchiz edilən filial binası Xankəndi şəhərinin mərkəzində yerləşir. 
Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var. Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi, Xankəndi filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.

İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində, regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən kiçik və orta biznesin inkişafında ABB-nin Xankəndi filialı mühüm rol oynayacaq. 
Bank Xankəndi filialını qurarkən maraqlı bir məqamı da diqqətdə saxlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun qurulub. Binanın damında Günəş panelləri yerləşdirilib. Xankəndi filialının fasadı və reklam lövhələri bərpa olunan enerji ilə işıqlandırılacaq. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu ABB-nin 32 illik tarixinin ən mühüm hadisələrindəndir. Həsrətini çəkdiyimiz torpaqlarımızda iqtisadiyyatımız dirçəlir, Qarabağ, Şərqi Zəngəzur yaşıl artım zonası kimi həyatının yeni dönəminə daxil olur. Qürur duyuruq ki, bu inkişaf prosesində ABB olaraq biz də varıq və azad yurdlarımızın dirçəlişinə töhfələr veririk".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
ABB-nin Xankəndi filialı fəaliyyətə başladı/ banker.az

Banklar     Tarix: 20 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq