ABB Özbəkistan bazarına daxil olmaq istəyir
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdə olub.
Banker.az xəbər verir ki, bu barədə Abbas İbrahimov özünün sosial mediadakı hesablarında məlumat paylaşıb.
ABB təmsilçiləri səfər çərçivəsində Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayev, İnvestisiya, sənaye və ticarət naziri Ləziz Qüdrətov, Özbəkistan Mərkəzi Bankının sədr müavinləri Behzod Həmrəyev və Abror Mirzəalimovla, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif bankların, şirkətlərin rəhbərləri ilə görüşlər keçiriblər.
Görüşlərdə ölkənin maliyyə ekosistemi, Özbəkistanın aparıcı banklarının və mövcud fintek şirkətlərinin fəaliyyəti, sektorun digər əsas oyunçuları ilə bağlı müzakirələr aparılıb.
ABB-nin Özbəkistanın maliyyə insitutları ilə əməkdaşlıq imkanları dəyərləndirilib, gələcəkdə bu bazarda iştirak perspektivlərinə nəzər salınıb, Bankın ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına verə biləcəyi mümkün töhfələrə diqqət yönəlib.
İşgüzar səfərdə ABB-nin İdarə Heyəti sədrinin müavinləri Taleh Tahirli, Nəbi Əliyev və Bankın Baş direktoru Nihat Şenyuva da iştirak edib.


"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn biznes növləri
Elon Musk kimdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-3 biznes universiteti hansılardı?