"ABB-Qarabağ FK" kobrend kartını artıq ABB-dən sifariş etmək olar
®ABB futbol azarkeşlərinin çoxdan gözlədikləri "ABB-Qarabağ FK" kobrend kartını bazara təqdim edib. Bu kart ABB ilə Qarabağ Futbol Klubu və Mastercard arasındakı tərəfdaşlıq çərçivəsində hazırlanıb.
"ABB-Qarabağ FK" kobrend kartı müştərilərə həm bank xidmətlərindən, həm də Klubun təqdim etdiyi eksklüziv üstünlüklərdən yararlanmaq imkanı verir. Kart sahibləri Qarabağ Futbol Klubunun Avropa oyunlarına biletləri erkən əldə edə, komandanın məşqlərində iştirak edə, məşqdən sonra futbolçularla foto çəkdirə, "Azərsun Arena" və Klub bazasına təşkil olunan turlara qatıla bilərlər.
Bundan başqa, kart sahibləri Qarabağ Futbol Klubunun rəsmi "Fanşop"unda bütün məhsullara, o cümlədən outlet məhsullarına 10% endirim qazanır, xüsusi kampaniya günlərində isə promokod vasitəsilə əlavə 5% endirimdən yararlana bilirlər. Aktiv kart istifadəçiləri aylıq dövriyyələrinə əsasən, 15 AZN dəyərində "Fanşop" hədiyyə kartı qazanmaq imkanı da əldə edirlər.
Kart sahibləri həmçinin "Liv Bona Dea" və "Dreamland" məkanlarında, eləcə də seçilmiş partnyor mağazalarda xüsusi endirimlərdən faydalanırlar.
"ABB-Qarabağ FK" kobrend kartının bütün üstünlükləri ilə buradan tanış olmaq və kartı həm həmin səhifədən, həm də ABB mobile tətbiqindən onlayn sifariş vermək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları