ABB yeni loyallıq proqramı – "Fayda Max"-ı təqdim etdi

ABB yeni loyallıq proqramı – (®) ABB yeni loyallıq proqramı olan "Fayda Max"-ı təqdim edib.
Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.   
"Fayda Max" loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki "Sənə özəl" bölməsinə keçid edib "Fayda Max"ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. 
"Fayda Max"a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı "Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. 
ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə "Bürünc" mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə "Gümüş" mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə "Qızıl" mərhələyə yüksələ bilərlər. 
ABB-də aktiv nağd krediti olmayan müştərilər isə "Bürünc" mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, "Gümüş" mərhələyə çatmaq üçün 500 AZN, "Qızıl" mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. 
Mükafatlar bunlardır:
- Ekstra "Faydalı keşbek" ("Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərinin hər birinə aiddir).
- "Fayda Max"a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı ("Bürünc", "Gümüş" və "Qızıl" mərhələlərinin hər birinə aiddir).
- "Kartdan karta" 30 000 komissiyasız köçürmələr (yalnız "Qızıl" mərhələ)
- "2X ƏDV geri al" ("Qızıl" mərhələ)
"Fayda Max"a qoşulmuş hər bir müştəri tətbiqin "Sənə özəl" hissəsindəki "Fayda Max" bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir.
"Fayda Max" proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 01 mart 2024

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq