ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 19 baza bəndi artaraq 7,49%-ə yüksəlib. Bu, 2023-cü ilin noyabrından bəri ən yüksək göstəricidir.
Banker.az "Bloomberg"ə istinadən xəbər verir ki, ipoteka faizləri artıq yeddi həftədir ardıcıl artır.
Son üç həftədə 30 illik ipoteka üzrə faiz dərəcəsi təxminən 0,5 faiz bəndi yüksəlib. Bu, 2023-cü ilin əvvəlindən bəri ən sürətli artım tempidir.
Bahalaşan kreditlər mənzil bazarında tələbi də zəiflədib. Ev almaq üçün ipoteka müraciətləri həftəlik 2,1% azalaraq bir ildən çox müddətin minimumuna düşüb.
Mövcud ipoteka kreditlərini daha aşağı faizlə əvəz etmək üçün edilən refinanslaşdırma müraciətləri isə 7,5% azalıb.
Yüksək ipoteka faizləri ABŞ-da mənzil almaq imkanlarını daha da məhdudlaşdırır və həm yeni alıcıların, həm də mövcud borcalanların bazardakı fəallığını aşağı salır.


"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Ev şəraitində pul qazanmağın yolları
Cash Back nədir?
"Freelance" nədir?
Swift nədir?