ABŞ-dan Azərbaycankı fiziki şəxlərə pul köçürmələr artıb
2026-cı ilin birinci rübündə Azərbaycan ilə ABŞ arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 40.09 mln. dollar təşkil edib. Bunun 23.91 mln. dolları ABŞ-dan Azərbaycana daxil olan, 16.18 mln. dolları isə Azərbaycandan ABŞ-a göndərilən vəsaitlərin payına düşüb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, ABŞ-dan Azərbaycana göndərilən pul baratlarının həcmi illik müqayisədə 2.8% artaraq 23.91 mln. dollara çatıb. Eyni zamanda, Azərbaycandan ABŞ-a köçürülən vəsaitlərin həcmi 13.9% azalaraq 16.18 mln. dollar olub.
Nəticədə, Azərbaycanın ABŞ ilə pul baratları üzrə müsbət saldosu 7.73 mln. dollar təşkil edib. Müqayisə üçün, 2025-ci ilin birinci rübündə bu göstərici 4.48 mln. dollar olmuşdu. Beləliklə, bir il ərzində müsbət saldo 72.5% artıb.
ABŞ 2026-cı ilin ilk rübündə Azərbaycana ən çox pul baratı göndərən ölkələr arasında dördüncü yerdə qərarlaşıb və ümumi daxilolmaların 8.1%-ni formalaşdırıb. Eyni zamanda, ABŞ Azərbaycandan xaricə göndərilən pul baratlarının 15.6%-ni qəbul edərək Türkiyədən sonra ikinci ən böyük istiqamət olub.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?