AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edib

AccessBank 75 milyon dollaarlıq kredit xətti cəlb edibAccessBank Niderlandın sahibkarlığın inkişafı bankı olan FMO ilə 75 milyon dollar məbləğində, 4 il müddətinə nəzərdə tutulmuş multivalyutalı kredit xətti üzrə kredit sazişi imzalayıb. Kredit xətti 40 milyon dollar həcmində təsdiqlənmiş və 35 milyon dollar həcmində əlavə tranşdan ibarətdir.
Marja axəbər verir ki, cəlb olunan vəsait Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, qadın sahibkarların, gənc sahibkarların, eləcə də mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq maliyyə inklüzivliyinin artırılmasına və özəl sektorun dayanıqlı inkişafına töhfə verəcək.
"Güclü və inklüziv maliyyə sektoru özəl sektorun dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. AccessBank ilə tərəfdaşlığımız vasitəsilə sahibkarların investisiya qoyması, innovasiyalar tətbiq etməsi və yeni iş yerləri yaratması üçün mühüm əhəmiyyət daşıyan maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək oluruq. Bu saziş FMO-nun 2030 Strategiyasına uyğundur və uzunmüddətli iqtisadi artımı dəstəkləyən dayanıqlı yerli bazarların inkişafına xidmət edir" - bunu FMO-nun Maliyyə İnstitutları üzrə direktoru Frouke Hoekstra bildirib.
Yeni kredit xətti AccessBank-ın dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur. Bu vəsait Banka iqtisadiyyatın prioritet sahələrində kredit portfelini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına əlavə dəstək göstərməyə imkan verəcək.
AccessBank Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) maliyyə xidmətləri göstərən aparıcı banklardan biridir. 2002-ci ildə fəaliyyətə başladığı gündən etibarən Bank maliyyə resurslarına çıxışın genişləndirilməsi və özəl sektorun dayanıqlı inkişafının dəstəklənməsini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edib. AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), eləcə də digər nüfuzlu beynəlxalq maliyyə institutları və investisiya fondları yer alır.
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Təsir yönümlü aparıcı investor kimi FMO inkişaf etməkdə olan ölkələrdə və formalaşmaqda olan bazarlarda özəl sektorun dayanıqlı inkişafını perspektivli layihələrə və sahibkarlara investisiya yatırmaqla dəstəkləyir. FMO hesab edir ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsidir. Bank 55 ildən artıqdır ki, sahibkarları dəstəkləyərək yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə verir. FMO fəaliyyətini yüksək inkişaf potensialına malik üç əsas istiqamət üzrə cəmləşdirir: aqrobiznes, ərzaq və meşə təsərrüfatı, energetika, eləcə də maliyyə institutları.FMO-nun ümumi investisiya portfeli təxminən 15,3 milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. Bu göstərici FMO-nu dünyada özəl sektorun inkişafını dəstəkləyən ən böyük ikitərəfli inkişaf banklarından birinə çevirir. / marja.az

Banklar     Tarix: 10 avqust 2026

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı

Azərbaycan Mərkəzi Bankının təqdim edilmiş statistik məlumatları əsasında sığorta şirkətlərinin 2026-cı ilin yanvar–sentyabr aylarında topladıqları sığorta haqları və həyata keçirdikləri ödənişlər üzrə iki ayrı sıralama hazırlanıb

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler kripto biznes qurmaq dollar məzənnəsi bitcoin qiymeti