AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub

AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub®Müştərilərinə innovativ maliyyə həlləri təqdim etmək məqsədinə sadiq olan AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (Trade Facilitation Programme) çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.
Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavə maliyyə resurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir. Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq, riskləri azaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq, fəaliyyətlərini daha səmərəli idarə etmək və qlobal bazarlara çıxış imkanlarından yararlanma imkanı əldə edəcəklər.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib ki: "Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik.  Bu mühüm Proqram müştərilərimizə daha rəqabətədavamlı və innovativ maliyyə həlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətini dəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək".
Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində imzalanan saziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərmək qabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərə beynəlxalq ticarətdə daha səmərəli iştirak üçün zəruri vasitələr təqdim etməklə yanaşı, riskləri azaldacaq, iqtisadi inkişafı stimullaşdacaq.
1999-cu ildə yaradılan Ticarətin Maliyyələşdirilməsi Proqramı AYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir. Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara və faktorinq şirkətlərinə yerli ixracatçılar, idxalçılar və distribyutorlara qısamüddətli kreditlər təqdim etmək üçün zəmanət verir.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır. Bank yerli biznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəli xidmətlər təklif edir və ölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynayır.
AYİB Azərbaycanın ən böyük institusional investoru olaraq, ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankın əsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlı inkişafını dəstəkləməkdir.
AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulubAccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulubAccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub/ banker.az

Banklar     Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler depozit faizleri internetden pul qazanmaq en son xeberler bitcoin