AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir®AccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən "Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri" layihəsi və Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib. 
Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib. 
Təlimlərə cəlb edilən qadın sahibkarlara "Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?", "Borc almağın müsbət və mənfi tərəfləri" mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  "Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri" mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, "Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti" mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.
Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara "Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyə məlumatlılığı resursları" mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir. 
Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov "İstehlakçı hüquqlarının müdafiəsi" mövzusunda  sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı.   
Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara "Emosional zəka və müştəri ilə münasibət" mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi.  
Gəncə şəhərində təşkil edilən təlim əsasən "Maliyyə savadlılığının artırılması" mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarə edilməsinə dair təlimatlar təqdim edilib.  
AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Gəncə və Şəki şəhərlərində keçiriləcək və "Emosional zəka və müştəri ilə münasibət", "Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları", "SMM üçün fotoçəkiliş", "Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması" kimi mövzulara həsr ediləcək. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirirAccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir/ banker.az

Banklar     Tarix: 16 iyul 2024

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun