"AccessBank" biznes kreditləri portfelini 45 milyon manata yaxın artırıb
2021-ci ilin sonu ilə müqayisədə, 2022-ci ilin yanvar-iyun dövründə "AccessBank" QSC tərəfindən müştərilərə verilmiş kreditlər 80 milyon 15 min manat və ya 11,2% artaraq 30 iyun 2022-ci il tarixində 712 milyon 491 min manat təşkil edib.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə, cari ilin ilk 6 ayı ərzində "AccessBank" tərəfindən müştərilərə verilmiş istehlak kreditləri 36 milyon 324 min manat artaraq 122 milyon 545 min manata, biznes kreditləri 44 milyon 667 min manat artaraq 584 milyon 36 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 976 min manat azalaraq 5 milyon 910 min manata düşüb.
Xəbər verdiyimiz kimi, "AccessBank" QSC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 840 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 2 milyon 24 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Həmçinin oxu
Azərbaycanda "milyarderlər klubuna" daha bir bank daxil oldu


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi