AccessBank-la "Bizdən Biznesə" startap müsabiqəsinə qoşulun, biznesinizə start verin

AccessBank-la ®Azərbaycanda sahibkarlığın inkişafına dəstək olan, bazara innovativ maliyyə həlləri və alətləri təqdim edən AccessBank Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Bizdən Biznesə" startap müsabiqəsinə start verdiyini elan edir."
Layihə innovasiyaları stimullaşdırmaq, yeni sahibkarlara imkanlar yaratmaq, startaplar üçün biznes ideyalarını reallaşdırmağa platforma təqdim etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.​ 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bundan əlavə layihə Azərbaycanda kiçik və orta sahibkarlığa mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması, iqtisadi inkişafı təşviq etmək məqsədilə uğurlu sahibkar şəbəkəsinin formalaşdırmasını hədəfləyir.​
Müsabiqədə iştirak üçün son tarix – 24 noyabr 2024 il.
"Biz, AccessBank olaraq 22 ildir ki Azərbaycanda kiçik və orta sahibkarlara dəstək verməklə bərabər, ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq. Elə "Bizdən Biznesə" startap müsabiqəsinin əsas məqsədi də maraqlı ideyası olan insanlara dəstək olmaqdan ibarətdir. Ümid edirik ki, bu layihə bir çoxlarını həvəsləndirəcək və yeni başlanğıclara təkan verəcək. İnanıram ki, digər təşkilatlar da analoji layihələrlə Azərbaycanda şəxsi biznes arzusunda olanlara dəstək olacaq və sahibkarlıq sahəsi daha da zənginləşəcək", – AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.
"Bizdən Biznesə" layihəsində yaşı 18-dən yuxarı olan,  innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən layihələri təqdim edən Azərbaycan vətəndaşları iştirak edə bilər.
Seçim zamanı yaşıl iqtisadiyyatın inkişafı, qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönələn layihələr, eləcə də, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq layihələrə üstünlük veriləcək. 
"Bizdən Biznesə" layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edilir.​
Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: "Bizdən Biznesə"
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 25 oktyabr 2024

Oxşar xəbərlər

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri