AccessBank maliyyə nəticələrini açıqlayıb

AccessBank maliyyə nəticələrini açıqlayıbMikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, AccessBank 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, Biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
- Kredit portfeli 29.7% artaraq, 992.4 milyon manata yüksəlib.
- Kredit portfelinin 75.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 % və ya 139.8 milyon manat artıb. 
AccessBankın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Faiz gəlirləri 41.6% artaraq, 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2% artıb və 88.7 milyon manata yüksəlib. 
- Qeyri-faiz gəlirləri 57.2% artaraq, 13.4 milyon manata çatıb. 
-Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq, 40.9 milyon manata çatıb. 
- Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb.  
Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatır. 
- Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7%-i həcmindədir. 
- Bankın depozit portfeli 27.8% artaraq 1025.6 milyon manat təşkil edir. 
-Əhalinin müddətli əmanətləri 22.7% artaraq, 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında AccessBank – a olan güclü inamın əsas göstəricilərindən biridir.
AccesBankın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4% və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır. 
Bankın fəaliyyət şəbəkəsi 14–ü Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır. 
AccessBank maliyyə nəticələrini açıqlayıbAccessBank maliyyə nəticələrini açıqlayıbAccessBank maliyyə nəticələrini açıqlayıbAccessBank maliyyə nəticələrini açıqlayıb/ marja.az

Banklar     Tarix: 16 oktyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler en son xeberler online pul qazanmaq dollar məzənnəsi emlak xeberleri