AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi
®AccessBank 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media nümayəndələri üçün Şamaxıya xüsusi səfər təşkil edib. Tədbirin məqsədi jurnalistlərin cəmiyyətin məlumatlandırılmasında oynadığı mühüm rola ehtiramı ifadə etmək, həmçinin Bank ilə media arasında formalaşmış səmərəli əməkdaşlığı daha da möhkəmləndirmək olub.
"Ulduzlar altında sözün işığına yığışdıq" şüarı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar üçün intellektual oyun təşkil olunub. Daha sonra media nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edərək Azərbaycanın aparıcı elmi mərkəzlərindən birinin fəaliyyəti və burada həyata keçirilən elmi tədqiqatlarla tanış olublar. Axşam saatlarında isə jurnalistlər teleskop vasitəsilə ulduzları və gecə səmasını müşahidə etdilər.
Tədbir media nümayəndələri üçün səmimi mühitdə ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq və Milli Mətbuat Gününü fərqli konsepsiyada qeyd etmək imkanı yaradıb.
AccessBank media ilə açıq dialoqa və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa xüsusi önəm verir. Bank peşəkar jurnalistikanın cəmiyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirir və media ilə uzunmüddətli tərəfdaşlığını gələcəkdə də uğurla davam etdirməyi hədəfləyir.
Dəyərli media nümayədələri, peşə bayramınız mübarək!

/ banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları