AccessBank müddətli depozit faizlərini yüksəldib
AccessBankda həm dollar, həm də yerli valyuta üzrə müddətli əmanət faizlərində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bankda müddətli manat əmanətinin 12 aylıq faizləri aylıq ödənişdə 8.5%-dən 10.5%-ə, müddətin sonunda olan ödənişdə isə 9%-dən 11%-ə yüksəldilib.
Dollarda müddətli depozitlərdə isə 12 aylıq faizlər həm aylıq ödənişdə, həm də müddətin sonunda olan ödənişdə 2.5% olub. Əvvəl isə 12 aylıq faizlər aylıq ödənişdə 1.2%, müddətin sonunda olan ödənişdə 1.5% təşkil edirdi.
Bundan əlavə bank daha yüksək fazilərlə müddətli dollar depozitini təklif edir. Bu əmanətlərdə 12 aylıq faizlər aylıq ödənişdə 3.5%, müddətin sonundakı ödənişdə isə 4%-dir. Lakin bu faiz dərəcələri ilə açılan əmanətlər qorunan əmanət hesab olunmur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmır.
Qeyd edək ki, banklarda fiziki şəxslərin xarici valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 2.5%-i keçmədiyi halda 100 min manatadək (hazırki məzənnə ilə $58.9 min) qorunur. "Əmanətlərin sığortalanması haqqında" Qanuna əsasən, kompensasiyalar sığortalanmış əmanət üzrə əmanətin 100 (bir yüz) faizi həcmində, lakin 100 (bir yüz) min manatdan artıq olmamaq şərti ilə ödənilir.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?