AccessBank növbəti kapital artımını uğurla başa çatdırıb
®AccessBank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
Kapitalın artırılması nominal dəyəri 1 AZN olan 11 388 889 AZN imtiyazlı səhmlərin buraxılması ilə baş tutub. Bütün səhmlər tam həcmdə yerləşdirilib.
"MKOB və pərakəndə satış seqmentləri daxilində inkişaf planlarımızı dəstəkləmək üçün daha bir mərhələni uğurla başa vurduq. Səhmdarlarımızın AccessBank-a və Azərbaycanın bank sektoruna olan inamını görməkdən məmnunuq. Kapital artımı isə müştərilərimizə xidmət etmək və ehtiyaclarını ödəmək üçün əlavə stimul verir" deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes planı necə yazmaq lazımdır?
5 liderlik göstəricisi
Layihə menecmenti nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Shopify-da necə satışa başlamaq olar?