AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdi

AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdi Azərbaycanda sahibkarlıq sahəsinin inkişafını daim dəstəkləyən AccessBank, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə həyata keçirdiyi Access2Success layihəsinin üçüncü dəfə uğurla başa çatdığını elan edir. Layihə, ölkəmizdə fərdi sahibkarlığın inkişafına böyük önəm verən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilib.
Bu il Access2Success layihəsində 50 xanım iştirak edərək biznesin idarə edilməsi, satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və uğurlu biznesin hüquqi aspektləri kimi sahələrdə peşəkar bacarıqlarını genişləndirmək imkanı əldə etdilər. Təlimlər, öz sahələrində təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən keçirilib.
"Biz, üçüncü dəfə uğurla həyata keçirdiyimiz və Azərbaycanda qadın sahibkarlara nəzərəçarpacaq faydalar gətirən Access2Success layihəsi ilə fəxr edirik. Qeyd etmək istərdim ki, AccessBank-ın kredit portfelinin təxminən 20%-i özünü etibarlı borcalan kimi sübut etmiş qadın sahibkarlara verilən kreditlərdən ibarətdir. Access2Success layihəsi hər il həyata keçirilir və məqsədimiz qadın sahibkarlığının inkişafını davam etdirmək və biznesin inkişafı üçün bərabər imkanların təmin edilməsidir. Biz əminik ki, bu layihə güclü sahibkarlıq mühitinin formalaşmasında mühüm rol oynayır və ölkənin iqtisadi inkişafına töhfə verir", – deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
"Avropa Yenidənqurma və İnkişaf Bankı, 2025-ci il üzrə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli özəl sektorun inkişafı, "yaşıl" iqtisadiyyata keçid və regional əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş Strategiyanı təsdiqləyib. Prioritet istiqamətlərdən biri qadınların və gənclərin rəhbərlik etdiyi bizneslərə dəstək verməkdir. Nəzərə alsaq ki, Azərbaycanda sahibkarlıq subyektlərinin yalnız 23%-nə qadınlar rəhbərlik edir, onların iqtisadiyyata töhfəsini artırmaq üçün ciddi potensial görürük. Bu kontekstdə qadın sahibkarlar üçün biznes bacarıqlarının öyrədilməsi üzrə AccessBank ilə əməkdaşlığımız vacibdir", – deyə AYİB-in KOB-ların maliyyələşdirilməsi və inkişafı qrupu, Türkiyə və Azərbaycan üzrə Regional Rəhbəri Serpil Çetinçift bildirib.
İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciət arasından seçilən 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi və biznesə nəzarət mövzularında təlimlər keçirilib.
Access2Success qadınların maliyyə əlçatanlığı, məhdud biznes bilikləri və peşəkar inkişafa mane olan baryerləri aradan qaldırmağa kömək etmək məqsədi daşıyır. Proqram iştirakçılara biznesi uğurla idarə etmək və güclü biznes şəbəkələri qurmaq üçün lazım olan resursları və bilikləri hər il təmin etməyə davam edəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdiAccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdiAccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdiAccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdiAccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirdi/ banker.az

Banklar     Tarix: 28 fevral 2025

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler birbank online pul qazanmaq bitkoin