AccessBank Riteyl Bankirlər Məktəbinə qəbul elan edir

AccessBank Riteyl Bankirlər Məktəbinə qəbul elan edir®AccessBank növbəti dəfə "Retail Bankers School"-a (Riteyl Bankirlər Məktəbi)  start verir. Layihə iş təcrübəsi olmayan və bankçılıq üzrə karyerasını qurmaq istəyən ali məktəblərin yeni məzunları üçün nəzərdə tutulub. 
3 ay davam edəcək layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutacaq. Layihə çərçivəsində keçiriləcək təlimlərdə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla yaxından tanış olacaqlar. Təcrübə müddətində fərqlənən iştirakçılar layihə sonunda AccessBank komandasının rəsmi üzvü olmaq şansı qazanacaqlar. 
Layihəyə qatılmaq üçün qeydiyyatdan keçmək mütləqdir:
"Retail Bankers School"-un (Riteyl Bankirlər Məktəbi) layihəsinin məqsədi gəncləri bankçılığa cəlb etmək, gələcəyin liderlərini yetişdirmək və onları işlə təmin etməkdir. 
Qeyd edək ki, AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Hazırda Bankda fəaliyyət göstərən əksər əməkdaşlar Banka heç bir iş təcrübələri olmadan, universitetdən məzun olaraq qatılıblar.  
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar. / banker.az

Banklar     Tarix: 10 oktyabr 2022

Oxşar xəbərlər

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə 41 növ bitki və bitki məhsulunu çoxsaylı risklərdən sığortalamaq mümkündür. Buraya tarla və texniki bitkilər, bostan bitkiləri və tərəvəzlər

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca


iqtisadi xeberler biznes krediti bitcoin qiymeti avtomobil xeberleri en son xeberler