AccessBank SIBOS 2022 Beynəlxalq Bankçılıq Forumunda

AccessBank SIBOS 2022 Beynəlxalq Bankçılıq Forumunda(®) AccessBank ənənəvi olaraq keçirilən SIBOS 2022 Bankçılıq Forumunda iştirak edir. Amsterdamda baş tutan tədbirdə Bankı Beynəlxalq Əlaqələr və Xəzinədarlıq departamentinin rəhbəri Dinara Cavadova təmsil edir. O, forum çərçivəsində Raiffeisen Bank International, Societe Generale, Deutsche Bank kimi tərəfdaş banklarla görüşəcək: "SİBOS bank sektorunda çalışanlar üçün müzakirələr aparmaq və ən son bankçılıq trendləri ilə tanış olmaq üçün əsas fürsətdir. Forum həm də mövcud tərəfdaşlarla bir araya gəlmək, yeniləri ilə tanış olmaq üçün geniş imkanlar yaradır."
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS qlobal pandemiyadan sonra ilk dəfədir ki, canlı ünsiyyət şəklində keçirilir.
Qlobal maliyyə təşkilatları, fintex və müstəqil ekspertlərin qatıldığı SİBOS 2022-in əsas mövzusu "Dəyişən dünya üçün mütərəqqi maliyyə"dir. Tədbirdə  250-dən çox məruzəçi rəqəmsal mühit, qeyri-müəyyənlikdə uğur qazanmaq, davamlı inkişaf və biznes etikası mövzularında çıxış edəcəklər. 
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. 
AccessBank SIBOS 2022 Beynəlxalq Bankçılıq ForumundaAccessBank SIBOS 2022 Beynəlxalq Bankçılıq Forumunda/ marja.az

Banklar     Tarix: 11 oktyabr 2022

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,


iqtisadi xeberler online pul qazanmaq bitkoin leobank kart birbank