AccessBank və KOBİA "Bizdən Biznesə" layihəsinin reallaşdırılmasına dair Memorandum imzaladılar

AccessBank və KOBİA ®AccessBank, startaplara dəstək məqsədilə yeni layihəyə – "Bizdən biznesə" startap müsabiqəsinə start verib. Dövlət-özəl əməkdaşlığı çərçivəsində AccessBank tərəfindən həyata keçiriləcək layihənin tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). 
Layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaq, KOB-lara mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və uğurlu sahibkar şəbəkəsinin formalaşdırılmasına töhfə verməkdir. Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. Artıq müraciətlərin qəbuluna başlanılıb. Münsiflər Heyəti tərəfindən seçiləcək qaliblərin layihələrinin icrası üçün maliyyə vəsaiti ayrılacaqdır. Layihə haqqında daha ətraflı: "Bizdən Biznesə" 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Bizdən biznesə" layihəsinin dəstəklənməsi məqsədilə "Bakı KOB evi"ndə KOBİA və AccessBank arasında Anlaşma Memorandumu imzalanıb, layihə ilə bağlı təqdimat keçirilib.  
"KOBİA sahibkarlıq ekosisteminin iştirakçısı olaraq yeni bizneslərin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, startapların innovativ layihələrinin rellaşdırılması istiqamətində müxtəlif dəstək və xidmətlər göstərir. Bu sahədə dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin icra olunması da əhəmiyyətlidir və KOBİA özəl sektorun bu cür təşəbbüslərini dəstəkləyir" – deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib. 
"AccessBank" olaraq Azərbaycanda yeni biznes ideyaları və startapları dəstəkləməkdən, onların real sahibkarlıq mühitinə inteqrasiyasında iştirakdan məmnunuq. "Bizdən biznesə" layihəsi yeni biznesə və layihəyə başlayanların ən vacib gözləntisi olan maliyyə resursuna çıxış məsələsinə öz töhfəsini verəcəkdir" – deyə "AccessBank"ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
AccessBank rəhbərliyi həmçinin "Bakı KOB evi"nin fəaliyyəti ilə də tanış olublar. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank və KOBİA AccessBank və KOBİA AccessBank və KOBİA AccessBank və KOBİA AccessBank və KOBİA AccessBank və KOBİA AccessBank və KOBİA / banker.az

Banklar     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler pul qazanmaq telefonla pul qazanmaq emlak xeberleri dollar məzənnəsi