AccessBank və Tegeta Motors Baku Azərbaycanda xüsusi texnikanın maliyyələşdirilməsi və satışı sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar

AccessBank və Tegeta Motors Baku Azərbaycanda xüsusi texnikanın maliyyələşdirilməsi və satışı sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar®Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafını fəal təşviq edən, aparıcı maliyyə institutu olan AccessBank, ixtisaslaşdırılmış avadanlıqların ehtiyat hissələrinin satışı, servisi və təchizatı sahəsində tanınmış lider – Tegeta Motors Baku ilə müqavilə imzalayıb. Maliyyə əməkdaşlığı və xüsusi texnikanın satışını əhatə edən müqavilə sonradan uzadılma imkanı ilə 12 aylıq müddəti əhatə edir.
"Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafının dəstəklənməsi AccessBank-ın prioritet istiqamətlərindəndir və biz maliyyə əlçatanlığının təmin edilməsi və sahibkarlar üçün güzəştli şərtlərlə xüsusi avadanlıqların alınması prosesinə növbəti töhfəmizi verməkdən məmnunuq. AccessBank etibarlı tərəfdaş kimi sahibkarların etimadını qazana bilib və biz bundan sonra da bu prinsipə sadiq qalaraq, sahibkarlığın inkişafının müxtəlif mərhələlərində dəstək olacağıq", – deyə, AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro sahibkarlarla iş üzrə İcraçı Direktoru Renat Hümbətov bildirib. 
"Biz şadıq ki, AccessBank ilə birlikdə müştərilərimizə sərfəli şərtlərlə xüsusi avadanlıq almaq imkanı təklif edə bildik. Tegeta şirkəti Britaniyanın JCB brendinin Azərbaycandakı eksklüziv nümayəndəsidir. JCB-nin birinci dərəcəli tikinti və xüsusi avadanlıqlarına əlavə olaraq, biz müştərilərimizə satış sonrası xidmət təklif edirik. Şirkətimiz təkcə pərakəndə satış seqmentində deyil, həm də korporativ sektorda da xüsusi avadanlıqlar üçün ehtiyat hissələri satır. Biz tikinti, logistika və neft sənayesində aparıcı şirkətlərlə əməkdaşlıq edirik. Müvafiq olaraq, hesab edirik ki, AccessBank ilə imzalanmış əməkdaşlıq müqaviləsi sahibkarlıq fəaliyyətinin inkişafının təşviqində daha bir mühüm addımdır", – Tegeta Motors Baku-nun direktoru Aleksandr Lapereşvili bildirib.
Daha ətraflı məlumat əldə etmək və xüsusi şərtlərlə kreditlə avadanlıq almaq üçün 151 nömrəsinə zəng etməklə, həmçinin bankın sosial şəbəkələrdəki səhifələrinə (Facebook, Instagram, LinkedIn) daxil olaraq bilərsiniz.
2017-ci ilin fevral ayında beynəlxalq Tegeta Motors şirkəti tərəfindən yaradılmış Tegeta Motors Baku xüsusi avadanlıqların təmiri, texniki xidməti və ehtiyat hissələrinin satışı üzrə lider mövqe tutur. Azərbaycanın aparıcı şirkətlərindən birinə çevrilərək qısa zamanda istifadəçilərin rəğbətini qazanıb. Təkcə pərakəndə satışla deyil, həm də xüsusi texnika üçün ehtiyat hissələrinin korporativ satışı ilə məşğul olan Tegeta Motors Baku, tikinti, yükdaşıma və neft sektorunda aparıcı şirkətlərlə əməkdaşlıq edir. Tegeta Motors müştərilərinə yüksək səviyyəli xidmət və müştəri məmnuniyyətini təmin etməklə Bakı, Çin, Türkiyə və bir çox Avropa ölkələrindən keyfiyyətli məhsullar təklif edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 16 fevral 2024

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi