"AccessBank"ın mənfəəti 6 dəfəyə yaxın artıb
"AccessBank" 2023-cü ilin 3-cü rübünü 29 milyon 309 min manat mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə bankın mənfəəti 5 milyon 269 min manat olmuşdur ki, bu da illik müqayisədə 5.6 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Yanvar-sentyabr aylarında "AccessBank"ın gəlirləri 155 milyon 444 min manat (əvvəlki ilə nisbətən 43% çox), xərcləri 114 milyon 558 min manat təşkil edib. Əvvəlki ildə bankın gəlirləri 108 milyon 805 min manat, xərcləri isə 93 milyon 778 min manat olub.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Bu ilin oktyabrın 1-nə "AccessBank"ın aktivləri 1 milyard 394 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 19% çoxdur. Bunun 949 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 22% böyüyüb.



Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın ən varlı 10 müğənnisi