ADB: Azərbaycanda son illər 1,5 mln. insan bank xidmətlərindən istifadəyə başlayıb

ADB: Azərbaycanda son illər 1,5 mln. insan bank xidmətlərindən istifadəyə başlayıbSon illər Azərbaycanda yeni texnologiyaların tətbiqi nəticəsində maliyyə xidmətlərindən istifadə edənlərin sayı artıb. Ölkədə rəqəmsal ödənişlərdən istifadə edənlərin sayı 2025-ci ilin əvvəlinə 3,85 milyon nəfərə çatıb.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) hesabatında bildirilib. Məlumata görə, həyata keçirilən layihələr nəticəsində bir neçə ildə 1,5 milyon nəfər bank xidmətlərindən istifadəyə cəlb edilib.
Qeyd edilib ki, Mərkəzi Bankın rəqəmsal ödəniş strategiyası çərçivəsində yaradılmış Ani Ödənişlər Sistemi (AÖS) müştərilərin və bank hesablarının məsafədən qeydiyyatına imkan verir. Bu sistem istifadəçilərə hesab balansı barədə məlumat almağa, hesabları idarə etməyə və bağlamağa imkan verir. Əməliyyatlar təhlükəsizliyi təmin edən açıq bankçılıq prinsiplərinə əsaslanır və bu da satıcılar və banklar arasında hesab məlumatlarının paylaşılması ilə ödənişlərin həyata keçirilməsini asanlaşdırır. AÖS platformasına 19 banka əlavə olaraq Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi və milli poçt xidməti olan "Azərpoçt" da qoşulub. Hazırda sistemin əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.
Bildirilib ki, digər yeniliklər arasında "tap to/on phone" (smartfonların POS-terminal kimi istifadə olunmasına imkan verən texnologiya) texnologiyasının tətbiqi və Elektron Bilik İdarəetmə Sisteminin yaradılması da yer alır. Bu sistemlər məlumatlara çıxışı asanlaşdırır və məsafədən identifikasiyanı təmin edir. Sözügedən təşəbbüslər açıq maliyyə üzrə hüquqi bazanın və standartların hazırlanması ilə dəstəklənir.
"Bank hesablarına çıxış məsələsi isə 2021-ci ildə həyata keçirilmiş "əsas bank xidmətləri" layihəsi vasitəsilə həll olunub. Bu layihə çərçivəsində cari hesabın açılması, ödəniş kartının verilməsi, elektron bankçılıq xidmətlərinə çıxış və nağdsız ödəniş əməliyyatları daxil olmaqla bir sıra bank xidmətləri pulsuz təqdim olunur. Nəticədə, təqribən 1,5 milyon maliyyə sistemindən kənarda qalmış şəxs bu sistemə cəlb olunub" – hesabatda əlavə edilib. / banker.az

Banklar     Tarix: 06 may 2025

Oxşar xəbərlər

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB Pay-lə yeni rəqəmsal ödəniş dövrü başlandı

ABB rəqəmsal maliyyə xidmətləri sahəsində inteqrasiya proseslərini uğurla davam etdirərək müştərilər üçün yeni imkanlar yaradır. Bank innovativ rəqəmsal ödəniş üsulu olan ABB Pay-i istifadəyə verib. Yeni həll elektron ticarə

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

AccessBank-ın səhmdarları Bank Respublika-da 25 faiz pay sahibi olacaqlar

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər. xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tuta

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu depozit faizleri pul qazanmaq