ADIF qiymətli kağızlara yatırıma başlayıb, lakin "yarımçıq" hesabat onun analiz imkanını çətinləşdirir

ADIF qiymətli kağızlara yatırıma başlayıb, lakin Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu nəhayət 2022-ci ilin hesabatını təqdim edib və məlum olub ki, Fond investisiya portfelini genişləndirib.Banker.az xəbər verir ki, fond tarixində ilk dəfə qeyd edilən müddətdə 43.28 milyon manat ekvivalentində faiz gəliri gətirən qiymətli kağızlar üzrə portfel əldə edib.
Fondun hesabatı nüfuzlu "böyük dördlük"də yer alan PwC tərəfindən aparılıb. Bununla belə, fond hesabatı adəti üzrə vaxtında deyil, təqribən bir il sonra təqdim edilib.
Təqdim edilən hesabatda isə investisiya portfelinin bölgüsü təqdim edilməyib. Belə ki, adətən iri fondlar investisiya portfelini təqdim edərkən onun dövlət, korporativ istiqraz və ya xarici təşkilatların xarici valyutada ola hissəsi təqdim edilir. Həmin investisiya qiymətli kağızlarının gəlirliliyi barədə isə yalnız faiz gəlirləri hissəsindən təxmin etmək imkanı var.
Ümumilikdə, hesabat cəmi 7 səhifədən ibarətdir ki, bunun 2-si audit təşkilatı tərəfindən verilən girişə aid edilir. Bu da ölkədə digər fəaliyyətdə olan həmkar dövlət fondları və təşkilatlarından fərqli olaraq, ADIF-in aktivlərin idarəedilməsi üzrə fəaliyyətini analiz etməyi bir qədər çətinləşdirir. Əlavə olaraq, Fond 2020-ci ilə qədər olan hesabatını daha müfəssəl təqdim edirdi. Bunun üçün qurumun rəsmi səhifəsinda 2020-c il üzrə audit hesabatına nəzər salmaq yetərlidir.
Bununla belə, onun aktivləri hissəsində 455.84 mln. manatlıq dövlət vekselləri də vardır.
Faiz gəlirləri (ümumi olaraq) 2021-ci ildə 1.64 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 3.32 mln. manata yüksəlib.
Qeyd edək ki, ADIF 2006-cı ildə təsis edilib. ADIF banklar və xarici  bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq və ölkə maliyyə sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədi ilə təsis edilib. Onun gəlirinin əsas hissəsini banklardan yığılan sığorta haqları təşkil edir.

Banklar     Tarix: 05 mart 2024

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq