"AFB Bank" 9 ayı 6,3 milyon manat xalis mənfəətlə - BAŞA VURUB

Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2023-ci ilin III rübünü 6 milyon 293 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, cari ilin ilk 9 ayında xalis faiz gəlirləri üzrə 11,4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 5,3 milyon gəlir əldə edilib.
"AFB Bank"ın ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə stabil qalsa da, depozit portfeli 18% artmışdır.
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfədən çox (keçən il 2 milyondan bu il 14,2 milyona) artmışdır. 
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 11%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 4% təşkil etmişdir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 36% olmuşdur.
Qeyd edilib ki, bankın məcmu kapitalı 76 milyon 922 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AFB Bank" hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. / marja.az

Banklar     Tarix: 12 oktyabr 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler dollar kursu dollarin kursu bu gun dollar məzənnəsi bitcoin