"AFB Bank" II rüb üzrə mənfəəti 3.3 dəfə artıb

AFB Bank ASC 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Nəticələr Bankın stabil və dayanıqlı maliyyə artımını nümayiş etdirir.
2025-ci ilin ilk yarısında AFB Bank 2.718 milyon manat mənfəət əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 dəfə artım deməkdir.
Kredit portfeli 2025-ci ilin ilk altı ayında 19% artaraq 203 milyon manata çatmışdır. Bu, Bankın real sektora və əhaliyə kredit dəstəyini genişləndirdiyini göstərir.
Bankın ümumi aktivləri 2025-ci ilin əvvəlindən etibarən 6% artaraq 310 milyon manat təşkil etmişdir.
Müştəri inamının artmasının göstəricisi kimi müddətli depozit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 51% artaraq 49.7 milyon manat təşkil etmişdir.
Maliyyə nəticələrindəki pozitiv dinamikanın əsas səbəbləri Bankın müştərilərinə təqdim etdiyi innovativ məhsul və xidmətlər, müştəriyönümlü layihələrin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi, eləcə də qəbul olunmuş yeni strateji inkişaf planına uyğun olaraq qarşıya qoyulmuş hədəflərə çatmaq məqsədilə struktur və proses səviyyəsində kompleks tədbirlərin icrası göstərilə bilər. Bununla yanaşı, Bank korporativ idarəetmə sistemini təkmilləşdirməklə, şəffaflıq və məsuliyyətlilik prinsiplərini daha da gücləndirir, eyni zamanda komandasını peşəkar kadrlarla zənginləşdirərək insan resurslarının inkişafına xüsusi önəm verir.
Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından xeyli yüksəkdir. Məcmu kapitalın adekvatlıq əmsalı 33,97%, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 31,77% təşkil edir.
Qeyd edək ki, II rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 72.83 milyon manat olaraq qeydiyyata alınmışdır.
Hazırda "AFB Bank" 11 xidmət nöqtəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə hər növ bank xidmətlərini təklif edir. Bununla yanaşı, Bank müasir texnoloji imkanlardan istifadə etməklə Pərakəndə kredit məhsullarının tam onlayn formada — müraciətdən rəsmiləşdirmə və vəsaitin müştərinin hesabına köçürülməsinə qədər olan bütün mərhələlərdə — rəqəmsal şəkildə həyata keçirilməsini təmin edir. / banker.az

Banklar     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb

"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind

TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC, beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlərə və formalaşdırdığı səmərəli əməkdaşlıq münasibətlərinə görə növbəti nüfuzlu beynəlxalq mükafata layiq görülüb


iqtisadi xeberler bitkoin qiymeti depozit faizleri bitkoin almaq valyuta mezennesi