AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb

AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıbAzərbaycan Banklar Assosiasiyasının (ABA) rəsmi renkinq məlumatlarının təhlili AFB Bankın son bir ildə əsas göstəriciləri üzrə bazarda ən yüksək artım dinamikası nümayiş etdirən banklardan biri olduğunu göstərir. Bank 2026-cı ilin II rübündə aktivlər, kredit portfeli və depozit bazası üzrə ciddi artıma nail olub.
Bu barədə AFB Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 2026-cı ilin II rübü üzrə bank sektorunun göstəriciləri AFB Bank üçün güclü böyümə dinamikası ilə yadda qalıb. Azərbaycan Banklar Assosiasiyasının rəsmi "Renkinqlər" səhifəsində dərc olunan məlumatlara əsasən, AFB Bank son bir ildə bir sıra əsas göstəricilərinin artım tempinə görə bazarda lider mövqelərdə qərarlaşıb. 2025-ci ilin II rübü ilə müqayisədə AFB Bankın aktivləri 311,8 milyon manatdan 536,9 milyon manata yüksəlib. Bu isə bir il ərzində 72,2% artım deməkdir. Başqa sözlə, Bankın aktivləri son 12 ayda 225 milyon manatdan çox genişlənib.
Kredit portfelində də yüksək dinamika müşahidə olunub. AFB Bankın müştərilərə verilmiş kredit portfeli 2025-ci ilin II rübündə 202,9 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin II rübündə bu göstərici 394,4 milyon manata çatıb. Beləliklə, Bankın ümumi kredit portfeli illik müqayisədə 94,4% artıb. Kredit portfelinin strukturunda biznes kreditləri üzrə artım xüsusilə diqqət çəkir. AFB Bankın biznes kreditləri portfeli son bir ildə 107,1 milyon manatdan 236,9 milyon manata yüksəlib. Bu isə 121,3% artım deməkdir. Biznes kreditləri üzrə dinamikanı qiymətləndirilərkən müqayisəyə ümumi kredit portfeli 100 milyon manatdan yuxarı olan banklar daxil edilib.
Fiziki şəxslər üzrə kreditləşmədə də Bankın nəticələri bazar üzrə seçilib. AFB Bankın istehlak kreditləri portfeli 2025-ci ilin II rübündə 26,6 milyon manat olduğu halda, 2026-cı ilin II rübündə 88,5 milyon manata yüksəlib.
Depozit portfelindəki dinamika da AFB Bankın son bir ildə bazarda mövqeyini gücləndirdiyini göstərir. Bankın hüquqi və fiziki şəxslər üzrə ümumi depozit portfeli 140,9 milyon manatdan 342,3 milyon manata çatıb. Nəticədə ümumi depozit portfeli üzrə artım 142,9% olub. Fiziki şəxslərin depozitlərində isə artım daha yüksək olub. Bu göstərici 2025-ci ilin II rübündə 75,9 milyon manat təşkil edirdisə, 2026-cı ilin II rübündə 219 milyon manata yüksəlib. Beləliklə, AFB Bankda fiziki şəxslərin depozit portfeli bir il ərzində 188,5% artıb. Hüquqi şəxslərin depozit portfeli də müsbət dinamika nümayiş etdirib. Bu istiqamətdə göstərici təxminən 65 milyon manatdan 123,3 milyon manata yüksəlib. Artım 89,6% təşkil edib.
Təhlil göstərir ki, AFB Bankın böyüməsi yalnız bir istiqamətlə məhdudlaşmayıb. Aktivlərin genişlənməsi, kredit portfelinin sürətli artımı və depozit bazasının güclənməsi Bankın həm biznes, həm də pərakəndə bankçılıq seqmentində aktiv mövqe tutduğunu göstərir.
Xatırladılıb ki, ABA-nın rəsmi renkinq məlumatlarına əsasən, AFB Bank 2026-cı ilin II rübündə aktivlər, ümumi kredit portfeli, istehlak kreditləri, ümumi depozit portfeli və fiziki şəxslərin depozit portfeli üzrə bir illik artım dinamikasına görə bazarda ilk sırada qərarlaşıb.
Qeyd edilib ki, AFB Bank cari ilin həm I, həm də II rübündə əsas balans göstəriciləri üzrə yüksək artım tempini qoruyub. Bu isə Bankın böyüməsinin qısamüddətli sıçrayış deyil, ardıcıl və stabil inkişaf dinamikasına əsaslandığını göstərir. Ümumilikdə, 2026-cı ilin II rübünün nəticələri AFB Bankın bazarda daha güclü mövqeyə keçdiyini, müştəri bazasını genişləndirdiyini və əsas bankçılıq istiqamətləri üzrə sürətli inkişaf mərhələsini davam etdirdiyini nümayiş etdirir.
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545 / marja.az

Banklar     Tarix: 22 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler rubl mezenne depozit faizleri telefonla pul qazanmaq bu gunun xeberleri