"AFB Bank"ın xalis mənfəəti 4,3 dəfə artıb

"AFB Bank" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 718 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin 1-ci yarısını 634 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank"ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 4,3 dəfə artıb. 
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında "AFB Bank"ın faiz gəlirləri 334 min manat və ya 3,2% artaraq 10 milyon 920 min manat, qeyri-faiz gəlirləri isə 383 min manat və ya 9,4 % artaraq 4 milyon 460 min manat təşkil edib.
2025-ci ilin ilk 6 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 15 milyon 380 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 14 milyon 357 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 23 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş (qayıtmış) 1 milyon 695 min manat mənfəətə əlavə edilib. Beləliklə, Bank cari ilin ilk 6 ayını 2 milyon 718 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 14 milyon 663 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 695 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 968 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 334 min manat  mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılmışdı. Bununla əlaqədar olaraq "AFB Bank"ın mənfəəti 634 min manata düşmüşdü.
BANK BÖYÜYÜB
"AFB Bank"ın cəmi aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 16 milyon 656 min manat və ya 5,6% artaraq 30 iyun 2025-ci il tarixində 311 milyon 823 manata çatıb. Bankın kredit portfeli isə 19 milyon 815 min manat və ya 10,8% artaraq 202 milyon 906 min manata yüksəlib.
"AFB Bank"ın istehlak kreditləri portfeli 4 milyon 818 min manat artaraq 26 milyon 581 min manata, biznes kreditləri portfeli 17 milyon 6 min manat artaraq 107 milyon 63 min manata yüksəlib, ipoteka kreditləri portfeli 2 milyon 10 min manat azalaraq 69 milyon 263 min manata düşüb.
2025-ci ilin ilk yarısında "AFB Bank"da cəmi depozitlər 7 milyon 963 min manat və ya 6% artaraq 140 milyon 946 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 15 milyon 812 min manat artaraq 75 milyon 919 min manata yüksəlib. 
30 iyun 2025-ci il tarixində "AFB Bank" 72 milyon 829 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq