AMB: "Azərbaycanda BOKT sektoru üzrə mənfəət tarixi rekord həddə çatıb"
Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) sektoru üzrə mənfəəti tarixi rekord həddə çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Ötən il BOKT-lar yüksək mənfəətlilik əldə edib ki, bu da əvvəlki ilin mənfəətindən təqribən 3 dəfə çoxdur.
Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olub. Sektorun ROA (aktivlərin gəlirliliyi) və ROE (kapitalın gəlirliliyi) göstəriciləri də əvvəlki illə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 10 % və 24 % təşkil edib.
Qeyd olunub ki, artan mənfəətlilik fonunda sektorun kapital mövqeyində müsbət tendensiya davam edib. İl ərzində BOKT-lərin kapitalı 50 % artaraq 315 milyon manat təşkil edib. Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun mənfəət generasiyası hesabına olub. Belə ki, il ərzində bölüşdürülməmiş mənfəət təqribən 3 dəfə artaraq 103 milyon manat, nizamnamə kapitalı isə 23 % artaraq 205 milyon manat təşkil edib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları