AMB inflyasiyanın hədəf daxilində qaldığını desə də, xarici risklərin artımına işarə edir
Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir ki, ölkədə illik inflyasiya hədəf diapazonu daxilində qalmaqda davam edir.
Banker.az bunu AMB-yə istinadən xəbər verir ki, 2026-cı ilin may ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib ki, bu da Mərkəzi Bankın 4±2% hədəf intervalına uyğundur.
May ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya da 5.6% səviyyəsində qeydə alınıb.
Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, cari və növbəti ildə də inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Bununla belə, son dövrlərdə xarici mənşəli xərc amillərinin aktivləşməsi müşahidə olunur.
Mərkəzi Bankın may ayında açıqladığı baza ssenarisinə görə, illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir. İyun ayındakı son qərarda bu proqnozlar yenilənməyib və AMB cari və növbəti ildə inflyasiyanın hədəf diapazonu daxilində qalacağına dair gözləntilərinin dəyişmədiyini bildirib. Bu isə may ayında açıqlanan proqnozların hələ də qüvvədə qaldığını göstərir.
Qurum qeyd edir ki, qlobal ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi inflyasiya risklərini artıran əsas amillər sırasındadır.
AMB vurğulayır ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə inflyasiya proqnozları müxtəlif ssenarilər üzrə qiymətləndiriləcək və növbəti pul siyasəti qərarları makroiqtisadi göstəricilərin dinamikasına uyğun olaraq qəbul ediləcək.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?