AMB qarşıdakı dövrdə bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-2026-cı illər üzrə "Maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində bank sektoru üzrə atılacaq növbəti addımları açıqlayıb.
Mərkəzi Bank qeyd edib ki, 2024-cü il üzrə sektorla bağlı işlərin 79,2%-i icra edilib.
Qeyd edilib ki, layihə və sindikatlaşdırılmış maliyyələşdirmənin tətbiq imkanlarının araşdırılması, təchizat zəncirinin maliyyələşdirilməsi alətlərinin tətbiqi ilə bağlı təşviqedici hüquqi çərçivənin formalaşdırılması, BOKT-lərin institusional potensialının gücləndirilməsi, aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına BMHS yanaşmasının tətbiqinin nəzərdən keçirilməsi gecikən fəaliyyət istiqamətləridir.
Bununla yanaşı, sektor üzrə atılmalı olan növbəti addımlar var: "Bura alternativ maliyyələşdirmə alətləri üçün tənzimləyici mexanizmlərin yaradılması və metodoloji dəstəyin təmin edilməsi, Banklar arasında ortaq xidmətlər (shared services) və resurslardan effektiv istifadə imkanlarının araşdırılması, qabaqcıl təcrübələrə müvafiq olaraq kredit ittifaqı biznes modellərinin təkmilləşdirilməsinin dəstəklənməsi, ICAAP/ILAAP implementasiyası üzrə tələblərin hazırlanması və banklara dəstək göstərilməsi, Risk əsaslı tənzimləmə və nəzarət modelinə müvafiq olaraq nəzarət proseslərinin modernizasiyası və konsolidasiya edilmiş tənzimləmə və nəzarət üzrə yanaşmanın hazırlanması daxildir". / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?