AMB qlobal enerji qiymətlərində kəskin artımın ölkə iqtisadiyyatına təsirini şərh edib

AMB qlobal enerji qiymətlərində kəskin artımın ölkə iqtisadiyyatına təsirini şərh edibQlobal geosiyasi gərginlik və enerji bazarlarında qiymət artımı fonunda Azərbaycanda idxal inflyasiyasının artması ehtimalı və bunun pul siyasətinə təsiri məsələsi diqqət mərkəzindədir.
Məsələ ilə bağlı  Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, qlobal mühitdə baş verən proseslər və onların enerji bazarlarında qiymətlərə təsiri daim izlənilir.
Yaxın Şərq baş verən son hadisələr qlobal enerji bazarında təklifin daralmasına təsir göstərir və bu da enerji məhsullarının qiymətlərinin artımı ilə müşayiət olunur.
Bununla belə, AMB qeyd edir ki, hazırkı şəraitdə neft və qaz qiymətləri ilə bağlı dəqiq proqnoz vermək olduqca çətindir: "Qiymətlərin kəskin artması və ya əvvəlki səviyyələrinə qayıtması əsasən mövcud münaqişənin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq".
Mərkəzi Bank eyni zamanda vurğulayıb ki, enerji qiymətlərinin uzunmüddətli dinamikası əsasən fundamental amillərlə müəyyən olunur. Bu amillərə qlobal iqtisadi artım tempi, OPEC+ çərçivəsində qəbul edilən qərarlar və daha az enerji tutumlu texnologiyaların tətbiqi daxildir.
Əlavə edilib ki, yenilənmiş makroiqtisadi proqnozlar planlaşdırıldığı kimi may ayında ictimaiyyətə təqdim ediləcək. Yeni proqnozlar hazırlanarkən qlobal iqtisadiyyatda baş verən son proseslər də nəzərə alınacaq.
Qeyd edək ki, bu il fevralın 28-də ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. Bundan sonra İranın Hörmüz boğazı ətrafında hərbi mövcudluğunu artırması və bəzi dövrlərdə dəniz nəqliyyatının məhdudlaşdırılması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Dəniz yolu daşınan neftin 20%-nin keçdiyi Hörmüz boğazında risklərin artması qlobal enerji təchizatında fasilə ehtimalını gücləndirib. Geosiyasi gərginlik fonunda Brent markalı neftin bir bareli üzrə qiyməti qısa müddətdə 100 dollara, bəzi günlərdə isə 120 dollar səviyyəsinə qədər yüksəlib.
Analitiklər hesab edir ki, münaqişənin uzanması halında neftin qiyməti 140 dollara səviyyəsinə qədər arta bilər, ən pessimist ssenarilərdə isə 200 dollar səviyyəsinə qədər yüksəlməsi istisna edilmir.
Qeyd edilib ki, enerji qiymətlərinin uzun müddət yüksək qalması qlobal inflyasiya təzyiqlərini artırmaqla yanaşı, bəzi iqtisadiyyatlarda yüngül resessiya riskini də gücləndirə bilər. / banker.az

Banklar     Tarix: 16 mart 2026

Oxşar xəbərlər

PAŞA Bankın dəstəyi ilə Azərbaycan gəncləri Microsoft Dünya Çempionatının finalında ölkəni uğurla təmsil ediblər

Azərbaycan  ölkə tarixində ilk dəfə olaraq rəqəmsal bacarıqlar sahəsində dünyanın ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunan Microsoft Dünya Çempionatının finalında təmsil olunub. Final mərhələsi 26–29 iyul tarixlərind

ABB-də təyinat olub

Sığorta sektorunda uzun illər fəaliyyət göstərən Orxan Şirinli karyerasını bank sektorunda davam etdirəcək. -ın əldə etdiyi məlumata görə, Orxan Şirinli 2026-cı ilin iyul ayından etibarən ABB-də Baş Strategiya İnzibatçısını

Azərbaycan banklarının 4,6 milyard manat sərbəst vəsaiti var – Kreditləşməyə yönəldilə bilər

2026-cı ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunun sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edib. Marja xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlər

Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib

Bu ilin II rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 74 min 526 manat həcmində 5 305 fırıldaqçılıq halı baş verib. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilib. Ölkə daxilində fırıldaqçılı

Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb

Rabitəbank beynəlxalq bankçılıq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addım ataraq dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of New York Mellon (BNY) ilə əməkdaşlığını daha da inkişaf etdirib

Pünhan Nərimanov PAŞA Bank Gürcüstan-nın İdarə Heyətinin sədri təyin edilib

Pünhan Nərimanov 3 avqust 2026-cı il tarixindən etibarən PAŞA Bank Gürcüstan-nın İdarə Heyətinin sədri və Baş İcraçı direktor vəzifəsinə təyin olunub. Bu təyinat bankda əvvəlcədən planlaşdırılmış rəhbərlik dəyişikliyi prosesini

AMB və Nyu-York Federal Ehtiyat Bankı əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Nyu-York Federal Ehtiyat Bankı arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Bu barədə AMB məlumat yayıb. Bildirilib ki, Mərkəzi Bankın sədr müavini Əl

"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 3,978 milyon lari (2,586 milyon manat) xalis mənfəətlə başa vurub. Bankın maliyyə hesabatına görə, bu, 2025-ci ili

Cloudflare süni intellekt agentləri üçün kriptovalyuta pul kisələrini təqdim edib: onlar alışlar üçün müstəqil şəkildə ödəniş edə biləcəklər

Pul kisələrinin sahibləri agentlərin xərclərinə, ödənişlərin məqsədinə və əməliyyatların məbləğinə məhdudiyyət qoya biləcəklər. Şirkətin məlumatına görə, Cloudflare Wallets iki növ pul kisəsini əhatə edir. Account Wallet


iqtisadi xeberler leobank kart bitcoin pul qazanmaq biznes xeberleri