AMB sədri: "Azərbaycanda kriptovalyutalara marağın artdığını müşahidə edirik"
"Azərbaycanda rəqəmsal aktivlərə, o cümlədən kriptovalyutalara marağın artdığını müşahidə edirik".
Bazarda bir ilk: Unicapital TRUMP kriptovalyutasını təqdim edir
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Ər-Riyadda keçirilən "İqtisadiyyatı inkişaf etməkdə olan ölkələr üçün Əl-Ula" adlı konfransda çıxışı zamanı bildirib.
O deyib ki, bu tendensiya Azərbaycanda rəqəmsal aktivlərin tənzimlənməsi üçün hüquqi bazanın işlənib hazırlanmasını sürətləndirməyə təkan olub.
T.Kazımov həmçinin vurğulayıb ki, Azərbaycan son 3 ildə maliyyə sektorunun tənzimlənməsi, xüsusilə çirkli pulların yuyulmasına qarşı mübarizə (AML) və komplayns sahələrində əhəmiyyətli irəliləyiş əldə edib: "Son üç il ərzində, xüsusilə anti-pul yuyulması (AML) və uyğunluqla bağlı tənzimləmə dəyişikliklərində əhəmiyyətli irəliləyiş əldə etmişik. Biz maliyyə bazarının stimullaşdırılması və beynəlxalq tələblərə riayət edilməsi arasında balansı qorumağa çalışırıq. Bu islahatlar nəticəsində Azərbaycan banklarının, xüsusilə ABŞ-dəki müxbir şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib". (Apa)

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?