AMB sədri: Onlar inanır ki, biz uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcəyik
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün mətbuat konfransında ona ünvanlanan sualda "Niyə banklar yüksək faiz gəlir təklif edən istiqrazlar" buraxır sualına cavab olaraq bunun "əsasən subordinasiya" olduğunu bildirib.
Banker.az xəbər verir ki, Kazımov fikrini bununla izah edib ki, banklar bunu kapital mövqeyini gücləndirmək üçün istifadə edirlər.
"Yəqin bilirsiniz ki, subordinasiya istiqrazları adi istiqrazlardan fərqlənir. Çünki subordinasiya istiqrazları kapitalın hesablanmasında nəzərdə tutulub. Həmçinin bu şəraitdə səhmdarlardan öncə ödənişləri qəbul edilir. Qanunvericiliyə əsasən, subordinasiya istiqrazları uzunmüddətli olur: 5 il, 7 il və s.".
Mərkəzi Bankın sədri deyib ki, birincisi, banklar subordinasiya istiqrazları ilə kapital mövqeyini gücləndirir.
"İkincisi, valyutada buraxırlar, çünki Mərkəzi Banka, onun sabit məzənnəsi rejiminə (1 dollar=1.7 manat) güvənirlər. İnanırlar ki, AMB uzunmüddətli sabit məzənnə rejimi həyata keçirəcək. Soruşsanız ki, niyə yüksək faizlərdə dollar istiqrazları buraxılır, görəcəksiniz ki, son üç ildə ABŞ FED-i son üç ildə uçot faiz dərəcəsini artırıb. Ona görə də fərq olmalıdır. FED iki ilə 4 faiz ödəyirsə, bizim banklarımız da 5-7 ilə 7-8 faiz ödəməlidirlər".
T.Kazımov həmçinin depozitlərin sayında böyük yüksəliş olduğunu da əlavə edərək, milli valyutaya olan inamın artdığını da qeyd edib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?