AMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunub

AMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunub12 iyul 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib.
Yüksək səviyyədə təşkil olunmuş təltif mərasimində dövlət qurumlarının, səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, müxtəlif sektorları təmsil edən biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların rəhbər heyəti olmaqla, 100-ə yaxın nümayəndə iştirak etdi. Tədbir eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr edilmişdi.
16-cı illik Təltif Şam Ziyafəti platinium partnyor ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, mikromaliyyə sektorunda mikrobizneslərin inkişafını dəstəkləyənqızıl partnyor FINCA Azerbaijan, gümüş partnyorlar Aqrarkredit, FİNOKO, sığorta bazarında fəal olan  Meqa sığorta və Meqa Həyat şirkətlərinin maliyyə dəstəyi  ilə baş tutub.
Tədbirin açılış hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev illər ərzində AMFA-nın ölkə iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, regionlarda icra olunan layihələrin mikrobizneslərin inkişafına müsbət təsirini xüsusilə qeyd edib.
İllik Təltifin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyanının Prezidenti Məmməd Musayev, Mərkəzi Bankın şöbə müdiri  Xəyyam İsmayılov,  Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov, PAŞA Bankın Maliyyə İnstitutları şöbəsinin rəhbəri  Zahid Əfəndiyev çıxışlar edərək AMFA-nın fəaliyyəti və birgə əməkdaşlıqları barədə məlumat verdilər. Onlar, AMFA-nın ölkənin mikromaliyyə sektorunda oynadığı mühüm rolu, bu yolda addıqları addımların vacibliyi  və qarşıda duran yeni çağırışlar barədə danışıblar.
Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək, eyni zamanda, uğurlu və səmərəli fəaliyyəti ilə seçilən qabaqcıl üzv təşkilatları mükafatlandırmaqla inkişaf edən müsbət təcrübələri təşviq etmək idi.
16-cı İllik Təltif Şam Ziyafətində AMFA-nın Mükafat Komitəsi tərəfindən mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. Müştərilərinə Rəqəmsal Maliyyə xidmətlərinin göstərilməsində qabaqcıl mikromaliyyə təşkilatı: FINCA Azerbaijan
2. Mikromaliyyə sənayesində şəffaf qiymət qoyuluşunu təşviq edən təşkilat: Viator Mikrokredit Azərbaycan
3. Müştərilərini maarifləndirmədə qabaqcıl mikromaliyyə təşkilatı: FINCA Azerbaijan
AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev "Azərbaycan Mikromaliyyə Assosiasiyasının inkişafında və sektorun uğurlu təmsilçiliyində uzunmüddətli fəaliyyəti ərzində göstərdiyi yüksək xidmətlərinə görə" və Regional Layihələr üzrə Rəhbəri Sevinc Rüstəmova isə "AMFA-da regional layihələrin uğurlu idarəedilməsində, özünəməşğul əhalinin maliyyə savadlılığının artırlmasında və mikrobizneslərin inkişafında  göstərdiyi yüksək xidmətlərinə görə" AMFA-nın Xüsusi Mükafatı ilə təltif ediliblər.
Tədbir çərçivəsində iştirakçılar arasında dünyagörüşünə dair Viktorina keçirilib və qaliblərə AMFA-nın növbəti tədbiri olan "İşə qayıdış" piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim olunub. Tədbirin yekununda bütün qonaqlarla xatirə fotosu çəkilib.
AMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunubAMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunub/ marja.az

Banklar     Tarix: 18 iyul 2024

Oxşar xəbərlər

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler online pul qazanmaq internetden pul qazanmaq dollar mezenne dollarin kursu bu gun