Apple Pay artıq Ziraat Bank Azərbaycanda

Apple Pay artıq Ziraat Bank Azərbaycanda®Ziraat Bank Azərbaycan təhlükəsiz və rahat ödəniş üsulu olan Apple Pay xidmətini istifadəyə verdi! Ziraat Bank Azərbaycan müştəriləri artıq Bankkart VISA və Mastercard kartları ilə Apple Pay vasitəsilə ödənişlərini təhlükəsiz və konfidensial şəkildə həyata keçirə bilərlər.
Apple Pay ilə ödəniş etmək çox asandır. Müştərilər sadəcə iPhone və ya Apple Watch cihazlarından istifadə edərək Ziraat Bank Azərbaycan kartları ilə sürətli və rahat ödəniş edə bilərlər.
Apple Pay – mağazalarda, onlayn alış-verişdə və mobil tətbiqlərdə istifadə üçün nəzərdə tutulmuş rahat, təhlükəsiz və sürətli ödəniş üsuludur. Bankın müştəriləri artıq iPhone, Apple Watch, iPad və Mac cihazları vasitəsilə Ziraat Bank Azərbaycan kartları ilə fiziki karta ehtiyac olmadan ödəniş edə bilərlər.
 Apple Pay ilə alış-veriş zamanı kart təqdim etməyə, fiziki düymələrə toxunmağa və nağd pula ehtiyac yoxdur.
Ziraat Bank Azərbaycanın kartlarını Apple Pay-də aktivləşdirmək çox asandır: 
Ziraat Bank Azərbaycan mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin;
"Apple Wallet"ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin;
Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad və ya Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edin.
 Apple Pay, müştərilərin alış-verişlərini konfidensial və təhlükəsiz saxlamaq üçün Apple cihazına inteqrasiya olunmuş təhlükəsizlik funksiyalarından istifadə edir. Bütün əməliyyatlar iPhone, iPad və ya Mac cihazında Face ID, Touch ID və ya cihazın şifrəsi ilə, Apple Watch-da isə iki dəfə yan düyməyə toxunmaqla təsdiqlənir. Bu funksiyalar yalnız cihaz sahibinin Apple Pay ilə ödəniş edə bilməsi üçün nəzərdə tutulub. Müştərinin kartının faktiki nömrəsi nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Ödəniş zamanı kart nömrəsi satıcı ilə paylaşılmır- bu isə əlavə təhlükəsizlik və fırıldaqçılığa qarşı əlavə qorumanı təmin edir.
Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazası və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür. 
Ziraat Bank Azərbaycan mobil tətbiqini növbəti linkdən yükləyə bilərsiniz:
Apple Pay haqqında ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz:  
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 30 iyul 2025

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler telefonla pul qazanmaq en son xeberler emlak xeberleri rubl mezenne