Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirir

Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirirSon günlər respublika ərazisində havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatı sahələrinə dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna daxil olan müraciətlərin sayı artıb. 
Bu barədə Fondun yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, bölgələrdə yağan leysan yağışları, sel-subasma, güclü külək, dolu hadisələri nəticəsində fermer təsərrüfatlarına ziyan dəyib. Ötən dövr ərzində əsasən Ağdam rayonu ərazisində buğda, arpa, pambıq sahələrinə dolu düşməsi, güclü küləyin ağacları sahələrə aşırması ilə bağlı məlumat verilib. Təbiət hadisələrindən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboy, Şabran, Şəki, Qax, Cəlilabad rayonlarının fermerləri də zərər çəkib. Güclü külək, leysan, subasma, dolu düşməsi nəticəsində xeyli sayda təsərrüfata ziyan dəyib. Qeyd edək ki, ölkə üzrə daha çox müraciət Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarından daxil olub. Müraciətlər fırtına və dolu kimi sığorta predmetləri ilə bağlıdır. İlin əvvəlindən Aqrar Sığorta Fonduna 900-dən çox müraciət daxil olub ki, bunun da yarıdan çoxu may-iyun aylarında qeydə alınıb. 
Hazırda Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 400 000 hektar əkin ərazisi sığortalanıb. Fonddan verilən məlumata görə, baş verən hadisələrlə bağlı müstəqil aqrar sığorta ekspertləri bölgələrə ezam olunublar. Hazırda dəymiş zərərin qiymətləndirilməsi prosesi davam edir. Payızlıq və yazlıq əkinlərin biçin dövrü olduğu üçün öncədən zərər görmüş əkin sahələrində də yekun qiymətləndirmə aparılır. Bu proses yekunlaşdıqdan sonra fermerlərə dəymiş zərərlər ödəniləcək. 
Aqrar Sığorta Fondu sığortalı fermerləri öz sahələrinə baxış keçirərək hadisə ilə bağlı vaxtında məlumat verməyə çağırır. Belə ki, fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalatmış şəxs baş vermiş sığorta hadisələri barədə 10 gün ərzində 1651 çağrı mərkəzinə, eyni zamanda məlumatlandırılmalı olan digər aidiyyəti dövlət qurumlarına müraciət etməlidir. / marja.az

Banklar     Tarix: 24 iyun 2023

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler dollar məzənnəsi bitkoin bank faizleri kicik biznes