Aqrar Sığorta Fonduna müraciət "seli"

Aqrar Sığorta Fonduna müraciət Son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel-daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb. 
Fonddan verilən məlumata görə, ilin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1000-dən artıq müraciət daxil olub.
Fondun Çağrı Mərkəzindən bildirilib ki, müraciətlərin yarıdan çoxu son iki ayda, may-iyun aylarında qeydə alınıb. Sığorta hadisələri ilə bağlı müraciətlərin böyük hissəsi əkin sahələrinə dəyən zərərlər üzrədir. 
Leysan yağışları və sel-subasma ilə bağlı ən çox müraciət Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Qarabağ bölgələrindən daxil olub.  Aqrar Sığorta Fondundan bildirilib ki, bütün müraciətlər qeydə alınır, artıq onların araşdırılması üçün müstəqil aqrar sığorta ekspertləri ərazilərə ezam ediliblər. Ekspertlər yerlərdə hadisələri qeydə alır, araşdırır, dəyən zərərin məbləğini ilkin olaraq müəyyən edirlər. Zərərin məbləği dəqiqləşdirildikdən sonra sığortalı təsərrüfatlara ödənişlər həyata keçirilir. 
Qeyd edək ki, Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat, bu ilin ilk 6 ayında isə təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır.  
Aqrar Sığorta Fondu bir daha fermerləri və iş adamlarını öz təsərrüfatlarını sığortalamağa, bununla da təbii fəlakət və digər risklərdən qorumağa çatırır. 
Qeyd edək ki, aqrar sahəyə və fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-ni, yəni yarısını fermerlərin əvəzinə dövlət özü ödəyir. 
Başqa sözlə, fermerlər cüzi məğləğ ödəməklə öz təsərrüfatlarını və gəlirlərini qoruya bilərlər. 
Həmçinin oxu
Azərbaycanın iri ofis mebeli istehsalçısı rebrendinq etdi
Aqrar Sığorta Fonduna müraciət / marja.az

Banklar     Tarix: 05 iyul 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne