Aqrar Sığorta Fondunda quşçuluq təsərrüfatlarının sığortası müzakirə olundu

Aqrar Sığorta Fondunda quşçuluq təsərrüfatlarının sığortası müzakirə olunduAqrar Sığorta Fondu (ASF) və "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi arasında görüş keçirilib. 
Fonddan Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, ölkənin iri quşçuluq və broyler müəssisələrinin rəhbərlərinin iştirak etdiyi görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Fondun fəaliyyəti, aqrar sığorta mexanizminin iş prinsipləri, onun əhatə etdiyi risklər və predmetləri barədə məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fond rəhbəri bildirib ki, quşçuluq təsərrüfatlarının sığortalanmasına başlanması qarşıda duran hədəflərdəndir. Hazırda qurum quşçuluq təsərrüfatlarının sığortası ilə bağlı araşdırmalar və ilkin hesablamalar aparır. Bununla bağlı qardaş Türkiyənin, eləcə də Avropa ölkələrinin qabaqcıl təcrübəsi öyrənilir. 
50-dən artıq quşçuluq təsərrüfatı və müəssisələrini özündə birləşdirən "Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, hazırda ölkənin quşçuluq və broyler təsərrüfatlarında 40 min nəfərə yaxın işçi çalışır. Ölkədə gündə 4-4,5 milyon ədəd, ümumilikdə ildə 2 milyard ədədə yaxın yumurta istehsal edilir. İstehsal olunan yumurtanın bir hissəsi xarici ölkələrə ixrac edilir. Belə ki, 2023-cü ildə 60 milyon ədəd yumurta ixrac edilib, 2024-cü ildə isə bu rəqəmin 100 milyona çatacağı gözlənilir. Bildirilib ki, hazırda Azərbaycandan yumurta məhsulları Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur, eləcə də Avropa ölkələrinə ixrac barədə razılaşmalar mövcuddur. Assosiasiya təmsilçiləri quşçuluq sektorunda risklərin qarşılanması üçün aqrar sığortanın əhəmiyyətli olduğunu vurğulayıblar. 
Görüşdə quşçuluq sığortası ilə bağlı aktual risklərin dəqiqləşdirilməsi, beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi, bu sahədə sığorta xidmətlərinin təqdim edilməsi üçün müxtəlif sığorta zərflərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib və belə görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.  
Aqrar Sığorta Fondunda quşçuluq təsərrüfatlarının sığortası müzakirə olundu

Banklar     Tarix: 08 fevral 2024

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi