"ASAN xidmət" ödənişlərini ABB mobile ilə növbəsiz ödə
®"ASAN xidmət" mərkəzlərində bəzi ödənişləri də artıq kassada növbə gözləmədən ABB mobile tətbiqi ilə onlayn yerinə yetirmək olar. Azericard prosessinq mərkəzinin bu günlərdə istifadəyə verdiyi "tezödə" xidməti buna şərait yaradır. Bu imkan hələlik şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərinə aiddir. Belə bir imkandan faydalanmaq üçün istifadəçilər ABB mobile tətbiqində "tezödə" funksiyasını aktivləşdirməlidirlər.
Hazırda "tezödə" xidməti istifadəçilərə başqa bir üstünlük də təqdim edir. Mastercard istifadəçiləri "tezödə" ilə apardıqları ödənişlərdən əlavə keşbek qazanırlar. Bunun üçün istifadəçinin ABB mobile tətbiqində istənilən Mastercard kartını seçib kart məlumatları hissəsində "tezödə"-ni aktivləşdirməsi kifayətdir. Ondan sonra kampaniya dövründə hər ASAN xidmət ödənişi istifadəçiyə 3 manat keşbek gətirir və müştəri komissiya haqqı da ödəmir. Kampaniya 30 iyuna qədər davam edəcək. "tezödə" funksiyası barədə ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?