Asiya İnkişaf Bankına yeni vitse-prezident təyin edilib
Asiya İnkişaf Bankı (ADB) Vempi Saputranı 3 illik müddətə Sektorlar və Tematik İstiqamətlər üzrə vitse-prezident təyin edib.
Banker.az bunu bankın açıqlamasına istinadən xəbər verir.
ADB-in prezidenti Masato Kandanın sözlərinə görə, Vempi Saputra üzv ölkələrin üzləşdiyi mürəkkəb çağırışların həlli üçün zəruri təcrübə və liderlik keyfiyyətlərinə malikdir. O bildirib ki, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və güclü institutların formalaşdırılması sahələrində keyfiyyətli inkişaf həllərinə tələbat artıb.
Saputra bu vəzifədə Fatima Yasmini əvəz edəcək və 2026-cı ilin sentyabrında fəaliyyətə başlayacaq. O, AİB-in Sektorlar Departamentlərinə, İqlim Dəyişiklikləri və Dayanıqlı İnkişaf Departamentinə, eləcə də Biznes Kəşfiyyatı və Əməliyyatların Koordinasiyası Ofisinə rəhbərlik edəcək.
30 ildən artıq təcrübəyə malik olan Saputra daha əvvəl İndoneziya hökumətində makroiqtisadi siyasət və beynəlxalq maliyyə üzrə rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildə ölkənin G20 sədrliyi dövründə maliyyə üzrə nümayəndə heyətinin rəhbərliyində təmsil olunub. Hazırda o, Dünya Bankı Qrupunun Direktorlar Şurasında Cənub-Şərqi Asiya Səsvermə Qrupunun icraçı direktoru kimi 11 ölkəni təmsil edir.
1966-cı ildə yaradılan Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionunda dayanıqlı inkişafı maliyyələşdirən aparıcı çoxtərəfli inkişaf bankıdır və 69 üzv ölkəni birləşdirir.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları