Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdı

Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdıAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda mikro, kiçik və orta biznesin (KOB) inkişafına dəstək məqsədilə AccessBank-a maliyyə paketi təqdim edir.
AYİB-daən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, əsas kreditor ("lender of record") kimi AYİB və B kreditoru ("B lender") Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE) olmaqla, Banka 10 milyon ABŞ dollarına (9,24 milyon avro) qədər sindikatlaşdırılmış kredit verəiləcək. İki tərəf hər biri yerli valyutada 5 milyon ABŞ dollarına (4,6 milyon avro) qədər vəsait təqdim edəcək.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, ayrılan vəsait yerli KOB-ların böyüməsini və rəqabət qabiliyyətini artırmaq məqsədi ilə onlara kredit vermək üçün istifadə olunacaq. AccessBank-ın məqsədi Azərbaycan üzrə yeni maliyyə imkanları təqdim etmək, yeni biznesləri cəlb etmək və ölkənin davamlı inkişafını dəstəkləməkdir.
Bankın AccessBank ilə yenilənmiş əməkdaşlığı AYİB-in ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyata əlavə dəstək kimi Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmağa imkan verəcək.
AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə Maliyyə Təşkilatları Direktoru George Orlov bildirib: "Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həmçinin iqtisadiyyatın dayağı olan MKOB-ların inkişafına təkan vermək olub. Bugünkü imza bizim Azərbaycanda kiçik və orta sahibkarlıq üçün inkişaf və imkanların geniş və əhatəli olmasının təmin edilməsi məqsədi ilə AccessBank-a maliyyələşdirməni bütün Azərbaycan üzrə genişləndirməkdə dəstəyimizin göstəricisidir."
"Finance in Motion" şirkətinin regional direktoru, EFSE-nin müşaviri Oksana Binzaru bildirib: "KOB-lara yerli valyutada maliyyə ayırmaqla, EFSE Azərbaycanda iqtisadi artımın və sabitliyin dəstəklənməsinə sadiqliyini bir daha təsdiqləyir. AccessBank ilə bu əməkdaşlıq yerli biznesin gücləndirilməsi və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm addımdır".
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib: "Mən Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOB) maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdikləri üçün Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) və Cənub-Şərqi Avropa üçün Avropa Fonduna (EFSE) təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlıq bizim etibarlılığımızı vurğulayır və biz əminik ki, bu, bizə strateji məqsədlərimizi mükəlləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə davam etmək imkanı verəcək."
Qeyd edək ki, AccessBank 2002-ci ildən Azərbaycanın kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləmək və onlara sərfəli maliyyə xidmətləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.
EFSE Cənub-Şərqi Avropa və Şərq Qonşuluq regionunda fəaliyyət göstərən, KOB və fərdi ev təsərrüfatlarına maliyyə təmin edən sahibkarlıq fondudur.
AYİB Azərbaycanın ən böyük institusional investorudur. Bank ölkənin iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb. / marja.az

Banklar     Tarix: 20 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq