"Avrora Qrup" karyera günü - KEÇİRİB
Avrora Qrup müxtəlif istiqamətlərdə işçilərin işə qəbulu ilə bağlı karyera günü təşkil edib.
FED.az xəbər verir ki, keçirilən görüş zamanı 200-ə yaxın iş axtarışında olan namizədlərlə görüş keçirilib.
İlkin seçim mərhələsindən sonra karyera günündə iştirak etmiş 30 namizəd yenidən müsahibələrə cəlb olunmuş, onlardan 9 nəfəri isə işlə təmin edilmişdir. Məlumat üçün bildirək ki, müraciətlər üzrə digər uyğun namizədlər ehtiyat bazaya əlavə edilmiş və vakansiya yarandığı anda işəqəbul üçün dəyərləndiriləcəklər.
Qeyd edək ki, "Avrora Qrup" karyera günlərini davamlı təşkil edərək, işaxtaranların peşəkar mühitdə çalışa bilmələri, işsizliyin aradan qaldırılması, əmək bazarının potensialının daha da artırılması və digər kadr layihələrinə davamlı olaraq dəstək göstərəcəkdir. Növbəti karyera günü ilə bağlı məlumatı avrora.az internet səhifəsindən, "Avrora Qrup"un sosial şəbəkə hesablarından və xəbər portallarından əldə edə bilərsiniz.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
İlon Mask kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası