AYİB Azərbaycan bankına $10 mln dəyərində sindikatlaşdırılmış kredit ayırıb

AYİB Azərbaycan bankına mln dəyərində sindikatlaşdırılmış kredit ayırıb®Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank-a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.
Razılaşmaya əsasən, AYİB təxminən $10 mln (9,24 mln avro) həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə – Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən $5 mln (4,6 mln avro) dəyərində kredit təqdim edəcəklər.

AccessBank cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.
AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.
AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij : "Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, AccessBank-ı bütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə geniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik".
EFSE-nin müşaviri, Finance in Motion üzrə regional direktoru Oksana Binzaru: "Mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyə dəstəyi təmin etməklə, EFSE Azərbaycanda iqtisadi artım və sabitliyin təşviqi siyasətinə sadiqliyini təsdiqləyir. AccessBank ilə əməkdaşlıq yerli biznesin rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımdır".
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri: "Mən mikro, kiçik və orta biznesin maliyyələşdirilməsində AccessBank-ı yerli tərəfdaş kimi seçdiyinə görə Avropa Yenidənqurma və İnkişaf Bankına və Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna minnətdarlığımı bildirirəm. Bu əməkdaşlıq bizim etibarlılığımızın sübutudur və inanırıq ki, bu tərəfdaşlıq bizə strateji məqsədlərimizi dərinləşdirməyə və regionda iqtisadi inkişafı dəstəkləməyə imkan verəcək".
AccessBank 2002-ci ildən Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərini dəstəkləyən və onlara sərfəli maliyyə həlləri təklif etmək üzrə ixtisaslaşmış kommersiya bankıdır.
EFSE Cənub-Şərqi Avropada və Şərq Qonşuluğunda fəaliyyət göstərən, mikro, kiçik və orta sahibkarlara və fərdi ev təsərrüfatlarını maliyyə dəstəyi ilə təmin edən fondudur.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,7 mlrd avrodan çox sərmayə qoyub.
AYİB Azərbaycan bankına mln dəyərində sindikatlaşdırılmış kredit ayırıbAYİB Azərbaycan bankına mln dəyərində sindikatlaşdırılmış kredit ayırıbAYİB Azərbaycan bankına mln dəyərində sindikatlaşdırılmış kredit ayırıb/ banker.az

Banklar     Tarix: 20 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq