AYİB Azərbaycanda AccessBank ilə əməkdaşlığını gücləndirir

AYİB Azərbaycanda AccessBank ilə əməkdaşlığını gücləndirirYerli biznesi dəstəkləmək məqsədi ilə iki qurum arasında Risk Bölgüsü Sazişi
AYİB Azərbaycanda yerli bank tərəfdaşı ilə Risk Bölgüsü Mexanizmini bərpa edir
Yerli bizneslər Sazişdən 15 milyon avro vəsait dəyərində faydalanacaqlar
Saziş AccessBank-ın kredit imkanlarının artırılmasını nəzərdə tutur
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yerli kiçik və orta müəssisələrə (KOB) verilən kreditlər üzrə riskin bölüşdürülməsi məqsədilə AccessBank ilə əməkdaşlıq edərək Azərbaycanda Risk Bölgüsü Mexanizmini (RSF) yenidən bərpa edir.
RSF sazişinə əsasən, AYİB AccessBank-a yerli şirkətlərə təqdim edilən kreditlərə dair riskləri bölüşmək üçün 15 milyon avroya qədər vəsait ayıracaq. AYİB fərdi kreditlər üzrə riskin 50%-ə qədərini bölüşəcək ki, bu da öz növbəsində AccessBank-a maliyyə resurslarina çıxışı olmayan kiçik bizneslərin kreditləşməsini genişləndirməyə imkan yaradacaq.   
Bundan əlavə, mexanizm AccessBank-a maliyyələşdirmə mənbələrini şaxələndirmək, balans strukturunu yaxşılaşdırmaq və bank sektorunun daha böyük iştirakçıları ilə rəqabət aparmaq imkan verəcək.
AccessBank-ın Baş Ofisində keçirilən imzalanma mərasimində AYİB-ın Türkiyə və Qafqaz üzrə idarəedici direktoru Elisabetta Falcetti bildirdi ki: "Məmnuniyyətlə Bakıda, layihə qrupları ilə birlikdə RSF proqramının bərpasını qeyd edirik. Biz şadıq ki, Azərbaycan bizneslərinin maliyyələşdirilməsini artırmaqla yanaşı, bu saziş AccessBank-a ölkə daxilində KOB-ın səmərəli kreditləşməsi üçün yeni metodllar və nou-hau üsullar əldə etməyə imkan yaradacaq".
AccessBank-ın İdarə Heyətinin Sədri David Tsiklauri deyib: "Biz fəxrlə qeyd edirik ki, AYİB Azərbaycanda RSF proqramını AccessBank ilə tərəfdaş olaraq yenidən bərpa edib. Biz, AYİB ilə bu əməkdaşlıqdan məmnunuq və inanırıq ki, bu Saziş AccessBank-a KOB-ların maliyyələşdirilməsinin genişləndirilməsi ilə yanaşı sahibkarlığın artımına və Azərbaycanın ümumi iqtisadi inkişafına töhfə vermiş olacaq".
RSF – AYİB-ın kiçik biznesə dəstək proqramı çərçivəsində özəl sektorun inkişafına hədəflənən strateji təşəbbüsüdür. RSF tərəfdaş banklara dövriyyə kapitalına ehtiyacı olan müəssisələrə ayrılan kreditlər üzrə riski bölüşdürmək imkanı verir ki, bu da öz növbəsində KOB-ların böyüməsinə və daha rəqabətli olmasına kömək edir. 
Bu günə qədər AYİB 42 yerli maliyyə institutu ilə əməkdaşlıq edərək, kiçik və orta müəssisələrə ümumi dəyəri 1,07 milyard avrodan çox olan 425-dən çox RSF sub-kreditinin verilməsini təmin edib.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən onlara sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır.
AYİB Azərbaycanın ən böyük institusional investordur. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə ayırıb.
AYİB Azərbaycanda AccessBank ilə əməkdaşlığını gücləndirirAYİB Azərbaycanda AccessBank ilə əməkdaşlığını gücləndirir/ banker.az

Banklar     Tarix: 10 sentyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu