AYİB "Yapı Kredi"yə zəlzələ krediti ayırıb
Türkiyə Bankı "Yapı Kredi", Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə zəlzələ zonası üçün 108 milyon dollara qədər kredit müqaviləsi imzalayıb.
Marja.az "Yapı Kredi"dən verilən açıqlamaya istinadən xəbər verir ki, bu resurs ilə "Yapı Kredi" 6 fevral zəlzələlərindən zərər çəkmiş bölgələrin inkişafına dəstək verməyə davam edəcək.
Açıqlamada fikirləri yer alan "Yapı Kredi" Baş İcraçı Direktoru (CEO) Gökhan Erün, Yapı Kredi olaraq bütün şərtlər altında ölkə və cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməyə davam etdiklərini bildirib.
Erün, "Bölgənin inkişafı üçün atdığımız addımlara əlavə olaraq, AYİB ilə imzaladığımız kredit müqaviləsi ilə cəlb etdiyimiz 108 milyon dollara qədər qaynaqla fəlakət bölgəsinə güclü dəstək verməyə davam edəcəyik. Qarşıdakı dövrdə bölgəni ehtiyaclara uyğun formalaşdırmaqla dəstəkləməyə davam edəcəyik",- bildirib.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bill Qeyts kimdir?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın ən çox maaş verən şirkətləri
ZARA-nın uğur hekayəsi
Kriptovalyuta nədir və necə alınır?