Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərin 90%-i dövlət zəmanəti ilə təmin olunacaq

Azad edilmiş ərazilərdə sahibkarlara verilən kreditlərin 90%-i dövlət zəmanəti ilə təmin olunacaqAzərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi proqramı çərçivəsində onlara verilən kreditlərin 90%-dək hissəsi dövlət zəmanəti ilə təmin olunacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, faizlərin isə 10% bəndinin subsidiyalaşdırılması nəzərdə tutulur: "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materialların əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi, sahibkarlıq subyektlərinin mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən azad edilməsi sahəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin, habelə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmət tarifləri üzrə müvafiq güzəştlərin tətbiqi ilə bağlı işlərə start verilib".
M. Cabbarovun sözlərinə görə, bu ərazilərdə yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması üçün Ağdam rayonunda 190 ha sahədə Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 ha ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb: "Bugünədək Ağdam Sənaye Parkında ümumi layihə dəyəri 104 milyon ABŞ dolları olan 19 müəssisə rezident, 6 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye parkında 1 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında ümumi layihə dəyəri 19.2 milyon ABŞ dolları olan 5 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınmışdır. Bu sənaye parkında 420-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".
O qeyd edib ki, 2022-ci ildə və 2023-cü ilin 10 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında ümumilikdə 771 min ha ərazidə elektron kadastr uçotu və yerquruluşu işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşıb: "Müvafiq məlumatlar Torpaqların Elektron Kadastr Uçotu Sisteminə inteqrasiya edilib. Bu işlər həmin ərazilərdə torpaq ehtiyatlarının effektiv idarə edilməsi və istifadə olunması, kənd təsərrüfatının inkişaf potensialının səmərəli reallaşdırılması və məhsuldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir". / banker.az

Banklar     Tarix: 13 noyabr 2023

Oxşar xəbərlər

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri birbank biznes krediti