"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq məqsədilə indiyədək 3 000-dən çox müraciət daxil olub, onlardan 507-si xarici şirkətlərə aiddir.
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, xarici müraciətlər arasında 10-dan çoxu Çin bizneslərinə məxsusdur.
"Azad edilmiş ərazilərdə biznes fəaliyyətində əsas prioritet sahələrə tikinti, turizm, mədənçıxarma, neft-kimya sənayesi, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika, ticarət, telekommunikasiya, kənd təsərrüfatı və istehsal, eləcə də "ağıllı şəhər" və "ağıllı kənd" konseptləri daxildir", - KOBİ sədri bildirib.
O. Məmmədov əlavə edib ki, təcrübə və informasiya mübadiləsi, birgə layihələrin icrası və yeni təşəbbüslərin reallaşdırılması məqsədilə beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə xüsusi önəm verilir: "Beynəlxalq tərəfdaşlarla mütəmadi görüşlər, birgə tədbirlərin təşkili və proqramların hazırlanması vasitəsilə yerli və xarici kiçik və orta biznes subyektləri arasında əməkdaşlıq imkanları genişləndirilir". (Report)

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib
İlon Maskın mobil rabitə bazarını dəyişdirmək planı
ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi
Startup nədir və necə olur?
SMM nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Elon Musk kimdir?
Ev şəraitində pul qazanmağın yolları