"Azər-Türk Bank" ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümü qeyd olundu

®1995-ci il 11 iyul tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə əsası qoyulan "Azər-Türk Bank" ASC-nin fəaliyyətə başlamasının 31-ci ildönümüdür.
Azərbaycanın müstəqillik tarixində yeni iqtisadi islahatların həyata keçirildiyi və ictimai-siyasi sabitliyin bərqərar olduğu bir dövrdə təsis edilən Azər Türk Bank ötən 31 il ərzində ölkənin bank-maliyyə sektorunun inkişafına mühüm töhfələr verərək etibarlı maliyyə institutlarından birinə çevrilib.
Bu gün Bank rəqəmsal transformasiya strategiyasına uyğun olaraq müasir texnologiyaların tətbiqi, innovativ filial konsepsiyasının inkişafı, təmassız ödəniş həllərinin genişləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin təkmilləşdirilməsi və müştəriyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Həyata keçirilən islahatlar nəticəsində müştərilərə təqdim olunan xidmətlərin keyfiyyəti beynəlxalq standartlara uyğun səviyyəyə yüksəldilib.
Fəaliyyətə başlamasının 31-ci ildönümü münasibətilə "Azər-Türk Bank" ASC-nin rəhbər heyətinin və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
İclasda çıxış edən "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva Dövlət Bankının ötən dövr ərzində əldə etdiyi nəticələrdən, həyata keçirilən institusional islahatlardan, rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, Bankın əsas prioriteti müştəri məmnuniyyətinin artırılması, innovativ maliyyə xidmətlərinin inkişafı, korporativ idarəetmənin daha da təkmilləşdirilməsi və ölkənin iqtisadi inkişafına töhfə verməkdir.
Daha sonra İdarə Heyətinin digər üzvləri də Bankın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə təqdimatlarla çıxış edərək 2026-cı ilin ilk yarımilliyinin maliyyə nəticələri, həyata keçirilən layihələr və qarşıda duran əsas hədəflər barədə məlumat veriblər.
İclas çərçivəsində "Azər-Türk Bank" ASC-nin 2026–2027-ci illəri əhatə edən Strateji İnkişaf Planı təqdim olunub. Sənəddə Bankın əsas rolunun biznes müştəriləri üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi, korporativ və KOB seqmenti müştərilərinin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirərək, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun – istehsalın, ixracın, və innovasiyaların maliyyələşdirilməsi istiqamətində müasir maliyyə həlləri vasitəsilə ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verilməsi təyin olunub. Bununla yanaşı, rəqəmsal transformasiyanın sürətləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, korporativ idarəetmənin təkmilləşdirilməsi, insan kapitalının inkişafı və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması  əsas strateji prioritetlər kimi müəyyən edilib.
İclasda Dövlət Bankının davamlı inkişafı və bazardakı mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında da məlumat verilib.
/ banker.az

Banklar     Tarix: 13 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq