Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb

Azər Türk Bank dayanıqlı bankçılıq sahəsində beynəlxalq mükafata layiq görülüb®Azər Türk Bank beynəlxalq nüfuza malik Capital Finance International (CFI.co) tərəfindən "Green Banking Sustainability Pioneer Azerbaijan 2026" ("Azərbaycanda Yaşıl Bankçılıq və Dayanıqlılıq üzrə Pioner Bank – 2026") mükafatına layiq görülüb.
Bu nüfuzlu mükafat bankın dayanıqlı inkişaf prinsiplərinin fəaliyyətə inteqrasiyası, ESG yanaşmasının tətbiqi və yaşıl maliyyələşdirmənin təşviqi istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
CFI.co ekspertlərindən ibarət münsiflər heyəti Azər Türk Bank-ın ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini biznes proseslərinə sistemli şəkildə inteqrasiya etməsini, eləcə də ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
Bank dayanıqlı inkişaf strategiyası çərçivəsində Azərbaycan Mərkəzi Bankının hazırladığı "2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsi"nin prioritet istiqamətlərinə uyğun fəaliyyət göstərir. ATB yaşıl maliyyələşdirmə portfelini genişləndirir, həmçinin milli Yaşıl Taksonomiya və beynəlxalq dayanıqlı bankçılıq standartlarına uyğun maliyyə həllərini tətbiq edir.
Bu istiqamətdə mühüm addımlardan biri kimi 2025-ci ildə bank tərəfindən təqdim edilən "Green Business" məhsulu bərpa olunan enerji, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması, səhiyyə və ətraf mühitin mühafizəsi sahələrində layihələrin maliyyələşdirilməsinə xidmət edir. Məhsul dayanıqlı inkişaf təşəbbüslərini həyata keçirən sahibkarlara əlverişli maliyyələşdirmə şərtləri və əlavə üstünlüklər təqdim edir.
Qazanılan mükafat Azər Türk Bank-ın dayanıqlı maliyyələşdirmə sahəsində aparıcı mövqeyini bir daha təsdiqləyir və bankın müştərilər, cəmiyyət və ətraf mühit üçün uzunmüddətli dəyər yaratmaq öhdəliyinə sadiqliyini nümayiş etdirir.
Capital Finance International (CFI.co) iqtisadiyyat, maliyyə və biznes sahələrini əhatə edən beynəlxalq nəşrdir. CFI.co-nun illik mükafat proqramı innovativ yanaşmaları, qabaqcıl təcrübələri və fəaliyyət göstərdikləri sahələrin inkişafına mühüm töhfə verən təşkilatları qiymətləndirir və mükafatlandırır. / banker.az

Banklar     Tarix: 24 iyun 2026

Oxşar xəbərlər

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler en son xeberler depozit faizleri birbank kicik biznes