Azər Türk Bank ilk 6 ayı xalis mənfəət ilə bağlayıb
Azər Türk Bank 2025-ci ilin birinci yarısının (yanvar-iyun) maliyyə nəticələri barədə press-reliz yayıb.
Qeyd edilib ki, dövlət bankı Azər Türk Bankın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 806 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 7,3% çoxdur.
2025-ci ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 24, 3% yüksəlməklə 84,5 milyon manat, xərcləri 77,5 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 18,2% artaraq, 107,7 milyon manat olmuşdur.
Bankın cəmi öhdəliklərinin həcmi 29,1% artımla 1,8 milyard manata çatmışdır.
Bankın depozit portfeli 28,4% böyüyərək, 1,1milyard manat təşkil etmişdir.
Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat həcmindədir. / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?